“Bavariya”da iki itki

bavariyada-iki-itki
Oxunma sayı: 955

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Liverpul”un qonağı olacaq “Bavariya”də itkilər var.

“Qafqazinfo” xəbər verir ki, Münhen klubunun müdafiəçisi Jerom Boatenqin mədəsində ağrı olduğu üçün səfərə yollanmayıb. Bundan əlavə, övladı dünyaya gələn Frank Riberi də qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, “Liverpul” – “Bavariya” matçı sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.