Bayraq Meydanının qarşısında qəza - “Land Rover”lə qadını vurub öldürdü

Bayraq Meydanının qarşısında qəza
Oxunma sayı: 5737

Bakıda Bayraq Meydanının qarşısında ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 8-i saat 19:30 radələrində olub.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ələkbərova Könül Elton qızı Dövlət Bayraqı Meydanının qarşısında yolu keçmək istəyib.Bu zaman 1962-ci təvəllüdlü Şahbazov Əmrulla Sahlar oğluna məxsus 90 FO 007 nişanlı “LandRover” markalı avtomaşın tərəfindən vurulub. Qadın hadisə yerindəcə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi