“Azərbaycan gəncləri müharibədə erməni gəncləri ilə üzbəüz gəlməlidir, sosial şəbəkələrdə yox”

azerbaycan-gencleri-muharibede-ermeni-gencleri-ile-uzbeuz-gelmelidir-sosial-sebekelerde-yox
Oxunma sayı: 687

“Qafqazinfo”ya acıqlama verən gənclər şöbəsinin sədri bunları deyib:“Erməni xalqı da , dövləti də, diasporu da eyni dərəcədə bizim xalqın tarixi düşmənidir. Bunlar uzun illərdi apardığı məkirli siaysət nətiçəsində Azərbaycan türklərinin torpaqları zəbt ediliblər , usaqları, qadınları, qocaları, cavanları amansızcasına qətlə yetiriliblər. Xocalı faciəsi kimi qətliam törədiblər. Bizim torpaqlarımızda özlərinin dövlətini yaradıblar. Ermənilərin bizə vurdugu ziyanı demək olar ki, heç bir xalq etməyib. Bütün bunları edən erməni xalqıdır. Hakimiyyətdə hansı ermənini olmağının nə fərqi? Ermənistanın indiki müxalifət rəhəbri olan Levon Petrosiyan uzun illər prezident oldu. Onun prezident oldugu dövrdə Azərbaycanın 20% torpağı işğal olundu və minlərlə insanımız həyatını itirdi. İndi bu gün o şəxs müxalifətdədir deyə nəsə dəyişir? Azərbaycan gəncləri müharibədə erməni gəncləri ilə üzbəüz gəlməlidir, sosial şəbəkələrdə yox. Bu mənim şəxsi fikirimdir”.

BAXCP gənclər şöbəsinin sədri Bayram Cəbrayılov onu da bildirdi ki, bu gün Azərbaycan dövlətinin milli maraqlarını sevməyən və Ermənistan dövlətinin milli maraqlarını müdafiə edən təşklatlar qəsdən Azərbaycan da “xalq diplomatiyası” adı altında fəaliyyət göstərmək istəyirlər və bunu da xalqımz heç vaxt qəbul etməz.
İndki vəziyyət birbaşa erməilərin xeyrinədir və ona görə də onlar bütün cəhdlə calışırlar ki, bizimlə istənilən əlaqə qursunlar. Biz o vaxt onlarla əlaqə qura bilərik ki, onlar bizim torpaqlarımızı azad etsinlər və normal qonsuluq siyasətini aparsınlar. Əks təqdirdə erməni gənclərlə hər hansı bir əlaqə qurmaq və ya onlarla gülə-gülə şəkil şəkdirmək, facebook.com sosial şəbəkəsində əlaqə yaratmaq, heç bir halda qəbul edilə biləməz. Mən də bir gənc olaraq bunun əleyhinəyəm” .