Azərbaycan nazirinin at əhvalatı

azerbaycan-nazirinin-at-ehvalati
Oxunma sayı: 683

Belə ki, məlumata görə, həmin atları nazirimizə Kapitalbankın rəhbərliyi hədiyyə edibmiş. Tərəfimizdən aparılmış araşdırma zamanı Kapitalbankın rəhbərliyindən adıçəkilən şəxsin bankın idarə heyətinin sədr müavini Araz Əliyev olması bildirilir. Həmçinin o da qeyd olunur ki, A.Əliyev 480 mi dəyərində olan atların bütün pullarını da ödəmişdir. İlk öncə nazirmiz barədə daxil olmuş informasiyanı bir daha xatırlamaq istərdik.Azad Rəhimov bu günlərdə Türkmənistandan özünə hər birinin qiyməti 240 min ABŞ dolları olan iki at gətizdirib. Həmin atlar ingilis sortundandır və birinin qarışığı var. Kifayət qədər baxımlı və gözəgəlimli olan atlar Azad Rəhimova məxsus olan tövləyə göndərilib: «Nazirin Şamaxı rayonu ərazisində böyük bir villası var və həmin villada artıq Türkmənistandan gətirilən atlar üçün hər bir şərait yaradılıb. Hətta atların baxımı üçün xüsusi mütəxəsis də ayrılıb».(qazeta analitik informasiya mərkəzi)

musavat.com