Azərbaycan prezidenti Türkiyə xalqına başsağlığı verdi

azerbaycan-prezidenti-turkiye-xalqina-bassagligi-verdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı qardaş Türkiyədə baş vermiş faciə xəbərinin bütün Azərbaycanda dərin sarsıntı ilə qarşılandığını, xeyli sayda insanın həlak olması və yaralanmasının böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Prezident Abdullah Gül göstərilən diqqətə və başsağlığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.