“Azərbaycanda bir çox insan hazırda həbsdədir” - Fotolar

azerbaycanda-bir-cox-insan-hazirda-hebsdedir-fotolar
Oxunma sayı: 652

Tədbiri giriş sözü ilə açan politoloq Leyla Əliyeva beynəlxalq konfransın mahiyyəti haqda qonaqlara qısa məlumat verdi. Daha sonra söz Avropa Birliyinin təmsilçisi, səfir Konstantin Yerokstopoulosa verildi. Səfir çıxışı zamanı qeyd etdi ki çağdaş dövlətin konsitutsiyası elə bir çərçivədə yaradılmalıdır ki, burada toplaşmaq azadlığı yer alsın. Toplaşmaq azadlığı insanlara dinc şəraitdə bir yerə yığışmaq haqda bir qanundur. Hər kəsin birləşmək və toplaşmaq hüququ var. Nə olur olsun bu təmin olunmalıdır. Azərbaycanda xüsusi qanunvericilik var və burada insan azadıqları silsiləsində toplaşmaq azadlığı haqda qanunda qeyd olunur ki, sərbəst toplaşmağın müəyyən mexanizm var. Amma, faktiki vəziyyət çox ağırdır. Çünki toplaşıb fikrini çatdırmaq istəyən bir çox insan hazırda həbsdədirlər”.

Daha sonra çıxış edən məruzəçi Alexandra Delemençuk Şərqi Avropa ölkələrində toplaşmaq azadlığı mövzusunda danışdı.
Tədbirin ikinci hissəsində Azərbaycan qanunvericiliyi fərdləri, QHT-ləri, siyasi partiyaları və digər qurumları ifadə azadlığını reallaşdırmaq üçün səmərəli səmərəli mexanizmlərin tətbiq edilməsi müzakirəyə çıxarıldı. Daha sonra Azərbaycan Avropa Şurasının ATƏT-in Avropa Birliyinin, BMT-nin və digər beynəlxalq qrumların uyğun tövsiyələrini nəzərə alması, Azərbaycan qanunvericiliyinin toplaşmaq azadlığına məhdudiyyət qoyulması ilə bağlı qərarların qəbulunda şəffaflığı və ictimai iştirakın təmin edilməsi haqqında çıxışlar oldu. QHT-lərin və siyasi partiyaların fəaliyyətinə hansı maneələrin mövcud olması səsləndirildi. İfadə azadlığına müdaxilələr üzrə mübahisələrlə bağlı mövcud məhkəmə təcrübəsi haqda çıxışlar oldu.

Tədbirin ikinci hissəsinin davamında toplaşma azadlığının təmin olunmasında medianın rolu mövzusunda “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev çıxış etdi.

musavat.com