Azərbaycanda Lokomativin rəisi güllələndi

azerbaycanda-lokomativin-reisi-gullelendi
Oxunma sayı: 697

Nizami rayon prokurorunun böyük köməkçisi Mobil Şəfiyev cümə günü Trend-ə bildirib ki, bu gün səhər saat 10:00 radələrində 1934-cü il təvəllüdlü Dadaşov Heydər İslam oğlu Böyük Şor Lokomotiv deposunun inzibati binasında deponun rəisi Ocaqverdiyev Kamal İsak oğluna "Makarov" markalı tapança ilə atəş açaraq ona ağır xəsarət yetirib.

Ocaqverdiyev 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

Dadaşov şübhəli şəxs qismində saxlanılıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.