Azərbaycanda teleaparıcı intihar etdi - Yenilənib

azerbaycanda-teleaparici-intihar-etdi-yenilenib
Oxunma sayı: 656

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yevlax şəhərində 1990-cı il təvəllüdlü Lətif Lətifov özünü bıçaqlayaraq intihar edib. 22 yaşlı oğlan bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindəcə keçinib.

Prokurorluqdan verilən məlumata görə, həyatına qəsd etmiş L.Lətifov Yevlaxda fəaliyyət göstərən regional “EL” televiziyasının aparıcısı olub. 22 yaşlı oğlan dünən Şəkidən Yevlaxa gəlib və intihar edib.

Faktla əlaqədar cinayət işi başlayıb, araşdırma aparılır.

***
Lent.az-ın əldə etdiyi digər məlumata görə, L.Lətifov Yevlaxda, “El” televisiyazı ilə yanaşı Şəkidə fəaliyyət göstərən “Kanal S” televiziyasında yayımlanan yumor verilişinin aparıcısı imiş. İntihar edən aparıcının verilişi “Lətiflər, Lətifələr” adlanıb. Veriliş həmişə bu sözlərlə başlayırmış: “Deyirlər gülüş ömrü uzadır! Bizim də belə bir layihəni ərsəyə gətirməkdə əsas məqsədimiz insanların üzündə gülüş, təbəssüm yaratmaqdır. Verilişdə gülməli kadrlar, maraqlı mövzular, telefon zəngləri, o cümlədən SMS-lər qəbul olunur”.

O dünən Şəkidə həftədə bir dəfə yayımlanan verilişin çəkilişində olub və Yevlaxa qayıdıb. Onun qan içində olan meyiti yaşadığı evin hamamında aşkarlanıb.

Faktla əlaqədar cinayət işi başlayıb, araşdırma aparılır.