Azərbaycanın idman tarixində ilk dəfə

azerbaycanin-idman-tarixinde-ilk-defe
Oxunma sayı: 681

“Qafqazinfo”nun Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycanın idman tarixində deltaplan üzrə ilk pilotlar hazırlanıb.

Deltaplan üzrə ilk pilotların mükafatlandırılması məqsədi ilə 11 iyul, 2012-ci il tarixində FAİREX-in ofisində tədbir keçirilib. Tədbirdə deltaplan üzrə ilk pilotlara beynəlxalq federasiyanın standartlarına uyğun sertifikatlar verilib. Tədbiri giriş sözü ilə açan Federasiyanın prezidenti H.Bağırov pilotları bu əlamətdar gün münasibətilə təbrik edib və gələcək uçuşlarında onlara müvəffəqiyyətlər arzulayıb. Daha sonra idmançılara Federasiyanın rəhbərliyi və təlimatçı A.Tixovski tərəfindən deltaplan pilotunun sertifikatları və uçuş kitabçaları təqdim olunub. Tədbirin sonunda deltaplan üzrə təlim məşqlərinin növbəti sessiyasının avqust ayının sonu, sentyabr ayının əvvəllərində Ukraynalı məşqçi A.Tixovskinin rəhbərliyi altında yeni toplanacaq idmançılarla davam etdirilməsi qərara alınıb.

Arzu edənlər təlim məşqlərdə iştirak etmək və əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəh, Faiq Yusifov 57
Tel (+99412) 5647985