“Azpetrol”dan Azərbaycan bayrağına hörmətsizlik - Fotolar

<b>“Azpetrol”dan Azərbaycan bayrağına hörmətsizlik - <font color=red>Fotolar</b></font>
Oxunma sayı: 410

Azərbaycan bayrağı, hamımızın qürur yerimiz. Hər bir Azərbaycan vətəndaşı onu müqəddəs hesab etməli. Amma bu heç də belə deyil...

“Azpetrol” yanacaqdoldurma məntəqələrinin demək olar ki, hamısında şirkətin özünün bayrağı ilə yanaşı Azərbaycan bayrağı da var. Amma əksər hallarda həmin bayraqlar endirilmiş, bayraq dirəyinə bükülmüş halda olur. Azərbaycan Xalq Cümhuriyyətin qurulmasının 93-cü ildönümü ərəfəsində hər yerdə dövlət bayrağı qaldırılsa da “Azpetrol” yanacaq doldurma məntəqəsi bunun əskini məsləhət görüb. Fotolardan da göründüyü kimi dövlət bayrağı aşağı endirlib. Bu fotolar mayın 27-də çəkilib. Tibilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsində...

Qeyd edək ki, protokol qaydalarına görə dövlət bayrağı ölkədə matəm günləri olan zaman aşağı endirilir.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi