Bakı niyə zülmətə qərq oldu?

baki-niye-zulmete-qerq-oldu
Oxunma sayı: 690

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasında qəza baş verib. Qəza nəticəsində Bakının Xəzər, Binəqədi, Xətai, Sabunçu, Suraxanı rayonları, eləcə də Sumqayıt və Abşeronun təxminən yarısı işıqsız qalıb. Qəzanın soyuq hava şəraiti ilə bağlı enerjiyə təlabatın artması nəticəsində yaranan gərginlik səbəbindən baş verdiyi deyilir. Qəzanın yaxın saatlarda aradan qaldırılması gözlənilmir.

Həmin ərazilərdə yerləşən yeni tikililərdə isə vəziyyət daha acanacaqlıdır. Çünki həmin binalarda qaz yoxdur, sakinlər yalnız elektrik cihazlarından istifadə etməklə evləri qızdırırlar. Elektrik enerjisinin kəsilməsi onları bu imkandan da məhrum edib.
Bu fakt enerji sektorunun qışa qətiyyən hazır olmaması faktını üzə çıxartdı. Havalar kəskin soyuyan kimi “Şimal” elektrik stansiyasının gərginliyə dözməyərək çökməsi bu enerji təchizatındakı korrupsiya faktorunu bir daha təsdiqlədi. Hər il dövlət büdcəsindən enerji təchizatının yeniləşməsi milyonlar ayrılır. Vəsait təyinatı üzrə istifadə edilmir və korrupsiya yeminə çevrilir.

2005-ci ildən indiyəcən dövlət büdcəsindən “Azəreneri” ASC-yə 1 milyard 132 milyon manat dövlət investisiyası yatırılıb. Buraya bir neçə yüz milyon dollar xarici kreditləri də əlavə etsək, demək olar ki, son 6 ildə bu sektora 2 milyarad dollar yaxın vəsait yatırılıb. Bəs nəticə hanı?

2 milyard dollarlıq investisiyadan sonra elektrik stansiyası bir qara dözməyib çökürsə, bunu ancaq korrupsiya faktı kimi dəyərləndirmək olar. Enerji bosslarının 2 milyardlıq investisiyanı korrupsiya maşınından keçirməsinin əziyyətini 1 milyona yaxın vətəndaş çəkir (Xəzər, Binəqədi, Xətai, Sabunçu rayonlarında təxminə 1 milyona yaxın adam yaşayır). Karrupsiyanın fəsadı bax budur.

musavat.com