Bakı sökülsün! – Təklif

baki-sokulsun-teklif
Oxunma sayı: 639

“Hökumət üzvləri də Milli Məclisdədir. Mənim bu təklifimi nəzərdən keçirsələr, yaxşı olar. Bakıda hər tərəf birdəfəlik qazılsın, heç bir yerə asfalt çəkilməsin, ilin axırınadək vəziyyət belə davam etsin. Su, kanalizasiya xətləri, digər kommunikasiyalar çəkilsin və bundan sonra asfalt çəkilsin. Əhali bundan məmnun qalar, yollardakı vəziyyət narazılıq yaratmaz”.

Fazil Mustafa korrupsiyaya qarşı mübarizədən də danışıb: “Nazirlər Kabinetinin, Həmkarlar İttifaqının və Dövlət Sığorta Şirkətinin imzaladığı əməkdaşlıq sazişinə görə, məmurlar gəlir deklarasiyası təqdim etməlidir. Bu, öhdəlik kimi ortaya qoyulub. Korrupsiyaya qarşı mübarizə üçün mühüm addımdır. Amma yaxşı olar ki, hökumət bəyan etsin ki, korrupsiyaya qarşı mübarizə aparılmır və yaxın vaxtlarda aparılmayacaq. Vətəndaşları yalançı illüziyaya qapatmağa ehtiyac yoxdur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə getmir. Rüşvətxorluq və korrupsiyadan şikayət edənlərin özlərini cəzalandırırlar”.

Mediaforum.az