Bakıda cinayətkar dəstə yaxalandı

bakida-cinayetkar-deste-yaxalandi
Oxunma sayı: 724

Bakı şəhər Baş polis İdarəsinin mətbuat xidmətindən Qafqazinfoya daxil olan məlumata görə, araşdırmalar zamanı məlum olub ki, onlar oktyabrın 28-nə keçən gecə Ə.Əlixanov küçəsində yaşayan Ramil Əfəndiyevə məxsus «VAZ-2106», noyabrın 23-nə keçən gecə eyni küçədə yaşayan Feyruz Məmmədova məxsus «VAZ-21011», noyabrın 27-nə keçən gecə S.Axundov küçəsində yaşayan Əhməd Həsənova məxsus «Toyota» markalı avtomobilləri qaçırıblar.

Bundan başqa onlar bir neçə avtomobildən oğurluq ediblər. Belə ki, noyabrın 15-də C.Xəndan küçəsində Tamerlan Qurbanova məxsus «Hyundai-Santafe» markalı avtomobildən şüşəni sındıma yolu ilə noutbuk, gödəkçə və şəxsi sənədələr, noyabrın 25-nə keçən gecə Z.Qəmbərov küçəsində yaşayan Xəyal İmamverdiyevə məxsus «Mersedes» markalı avtomobildən 4 ədəd təkər, elə həmin gecə İ.Dağıstanlı küçəsində yaşayan Pərviz Əliyarova məxsus «Hyundai» markalı avtomobildən şüşəni sındıma yolu ilə gödəkçə və 2 ədəd mobil telefon, noyabrın 28-nə keçən gecə Atatürk prospektində yaşayan Vaqif Hacıyevin idarə etdiyi «Mitsubişi» markalı avtomobildən şüşəni sındıma yolu ilə mobil telefon, bir gün sonra S.Dadaşov küçəsində yaşayan Məmməd Əliyevə məxsus «Mersedes» markalı avtomobildən şüşəni sındırma yolu ilə sənədlər və mobil telefon oğurlayıblar. O cümlədən, onlar noyabrın 28-nə keçən gecə 7-ci mikrorayon S.S.Axundov küçəsində yaşayan Kamran Əhmədova məxsus «Hyundai Santafe» və bir gün sonra Ə.Əlixanov küçəsində yaşayan Fəqan Nəsirova məxsus «Mersedes» markalı avtomobidən şüşəni sındıma yolu ilə oğurluğa cəhd ediblər.

Noyabrın 26-na keçən gecə isə S.Məmmədova küçəsində yaşayanlar Telman Yolçuyevə məxsus «Honda», Ramiz Novruzova məxsus «Suziki», Şahin Nəbiyevə və Ruslan Abdullayevə məxsus «Tayota-Prado» markalı avtomobillərin arxa sol şüşələrini evlərinin qarşısında sındırıblar.