Bakıda əcnəbi vətəndaş döyüldü

bakida-ecnebi-vetendas-doyuldu
Oxunma sayı: 707

Rayonun Nizami küçəsində baş vermiş hadisə vaxtı 62 yaşlı Hans Zimmermanın qarşısını kəsərək ondan pul tələb edən şəxslər əcnəbi vətəndaşa qarşı fiziki güc də tətbiq ediblər. Qarətçilər yalnız ətrafdakıların reaksiyasından sonra hadisə yerindən yayınıblar. Başından xəsarət almış Hans Zimmerman ətrafdakıların köməkliyi ilə 1 saylı xəstəxanaya çatdırılıb. Yaralı xəstəxanaya daxil olarkən onun sərxoş olduğu da müəyyən edilib.

Xəstəxananın həkimi Əli Səmədov yaralıya baş beyninin silkələnməsi diaqnozu qoyulduğunu, onun vəziyyətinin kafi olduğunu, sərxoş olsa da onun huşunun başında olduğunu deyib

Baş vermiş hadisə ilə əlaqədar artıq Səbael rayon polis idarəsinin əməkdaşlarına da məlumat verilib və Almaniya vətəndaşı Hans Zimmermana qarşı quldurluq törədən şəxslərin kimliyi dəqiqləşdirilir. Qeyd edək ki, müayinə vaxtı zərərçəkmiş qarətçiləri tanımadığını deyib. Məlumata görə əcnəbi vətəndaşın sadəcə 30 manat pulu götürülüb.

Hücuma məruz qalan Hans Zimmerman isə yerli şirkətlərdən birində mühəndis kimi çalışması üçün Almaniyadan dəvət olunub.

Hazırda faktla bağlı aparılan araşdırmalar davam edir.

ANS