Bakıda gözəllərin münsifini “bəzədilər”

bakida-gozellerin-munsifini-bezediler
Oxunma sayı: 632

ANS PRESS-in məlumatına görə, müsabiqənin münsiflər heyətinin türkiyəli üzvü Cengiz Aşkın final gecəsindən sonra döyülüb.
O bildirib ki, Novxanıda müsabiqənin keçirildiyi məkandan çıxarkən naməlum şəxsin hücumuna məruz qalıb. C.Aşkın deyib ki, gözlənilmədən ona yumruqla zərbə endirilib və özünü itirib: “Məni kimin vurduğunu görmədim. Gözləmirdim ki, məni vurarlar. Özümü itirəndən sonra məni döyüblər”.

Bədənində çoxsaylı xəsarətlər olan C.Aşkın polisə müraciət edib. O, döyülməsini hadisəni törədənlərin istədiyi adama səs verməməsi ilə əlaqələndirir.