“Bədənimdə bomba var”, deyib ölkəni ayağa qaldırdı

bedenimde-bomba-var-deyib-olkeni-ayaga-qaldirdi
Oxunma sayı: 647

“Qafqaznfo”un “Hürriyet” qəzetinə istinadən xəbərinə görə, bu hadisədən sonra Amerka ayağa qalxıb. Amma qadının üzərindən heç nə çıxmayıb. ABŞ “əl-Qaidə”nin canlı bomba ilə hücum planı haqqında kəşfiyyat məlumatı almışdı.

Üsame bin Ladein öldürülməsinin birinci ildönümündə “əl-Qaidə”nin terror hücumu planlaşdırdığı üçün Amerika təhlükəsizlik orqanları üçün təlim kimi bir hadisə yaşanıb.
Parisdən 179 sərnişin və 9 ekipaj üzvü ilə havaya qalxan “American Airlines”ə məxsus olan “Boeing 737” tipli təyyarədən bomba həyəcanı verilib. Təyyarədə olan fransız sərnişinlərdən biri “bədənimdə əməliyyatla bomba yerləşdirildi” yazısı olan kağız verib. Pilot vəziyyəti ABŞ aviasiyasına xəbər verib.

Təyyarədə olan həkimlər qadının bədənində əməliyyat izi də tapa bilməyiblər. Təhlükəsizlik tədabirləri üçün “F-15” tipli hərbi təyyaələr havaya qaldırılıb. Təyyarə endikdən sonra qadının “əl-Qaidə” ilə bağlı olub-olmaması barədə sorğu-suala çəkilib. 20 yaşlı Kamerunda anadan olmuş qadının terror təşkilatı ilə bağlılığı olmadığı ortaya çıxıb.