Belə toyu heç kim görməyib – Fotosessiya, Video

bele-toyu-hec-kim-gormeyib-fotosessiya-video
Oxunma sayı: 698

Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının sədri Samir Turanın milli toy mərasimi olub. “Qafqazinfo”nun məlumatına görə, toy noyabrın 19-u Oğuz Xan restoranında baş tutub. Gənc cütlük bildirib ki, toy qovuşa bilməyən türk igidlərinin xatirəsinə həsr olunub. Mərasimi fərqləndirən xüsusiyyət burada hər şeyin milliliyi olub. Belə ki, toyda bəy, gəlin, onların dostları milli geyimdə olub. Eyni zamanda yeməklər, salonun dekorasiyası, bəylə gəlin masası da milli tərzdə hazırlanıb. Bəy və gəlin masasının üzərində işğal olunmuş torpaqların hər birinin xatirəsinə şamlar yandırılıb.

Samir Turan və xanımı salona Üzeyir Hacıbəyovun Koroğlu operasının üverturası sədaları altında və tonqal üzərindən hoppanaraq daxil olublar. Həmçinin, əski toylarda olduğu kimi Qazax rayonundan “Şah” gətirilib.

Mərasimdə Türkmənistandan, İğdırdan, İraqdan, Güney Azərbaycandan olan qonaqlar iştirak edib, öz folklorlarına uyğun rəqslər edib. Sonda isə bütün qonaqlar musiqisini Üzeyir Hacıbəyovun, sözlərini Əhməd Cavadın yazdığı “Çırpınırdın Qara dəniz” mahnısını ifa ediblər.

Fatimə Kərimli

MilliTo.flv