Biləsuvarda tükürpədən namus qisası

bilesuvarda-tukurpeden-namus-qisasi-
Oxunma sayı: 662

Biləsuvar rayonunda hər kəsi şok edəcək cinayət törədilib. “Qafqazinfo”nun rayon Prokurorluğundan əldə etdiyi məlumata görə, iki gün əvvəl rayon ərazisində Ruslan Mehrəliyev namus üstündə ağlagəlməz addım atıb. O, qardaşının həyat yoldaşı ilə yatan Loğman Babayevi kişilikdən məhrum edib. Ruslan Mehrəliyev qardaşı arvadından şübhələnib və onu güdüb. Hadisə baş verən gün L. Babayevin qardaşının evinə gəldiyini görüb.

Gözləyərək onun evə daxil olmasına imkan verib. Az sonra qardaşının evində yataq otağına daxil olaraq qardaşı arvadı ilə həmin şəxsin cinsi əlaqədə olduğunu görüb. O, L. Babayevin cinsiyyət orqanını kəsərək ağzına qoyub və evi tərk edib.

Rayon Polis Şöbəsindən bildirildi ki, L. Babayevin ölməyib və onun cinsiyyət üzvü yerinə tikilib.

Hazırda yaralanın paytaxt xəstəxanalarının birində ağır vəziyyətdə olduğu bildirilir.

R. Mehrəliyev isə tutulub.