Bin Ladeni tapan şəxsə şok cəza

bin-ladeni-tapan-sexse-sok-ceza
Oxunma sayı: 653

Şakil Afridi MKİ-nin gizli planı çərçivəsində bin Ladenin yaşadığı Abbottabad şəhərində “peyvənd kampaniyası” adı altında DNK nümunələri toplamaqda ittiham olunurdu.

Toplanan nümunələr sayəsində ötən ilin may ayında basqından öncə bin Ladenin o bölgədə olduğu təsbit edilib.

Məhkəmə iki ay əvvəl dövlət xəstəxanasındakı vəzifəsindən qovulan Afridiyə 320 min Pakistan rupisi (3500 dollar) cərimə kəsmişdi.

Afridinin bin Laden əməliyyatındakı rolu ilk dəfə 2011-ci ilin iyul ayında “The Guardian” qəzeti tərəfindən ortaya çıxarılıb.

Mütəxəssislər Afridinin həbsini ABŞ-Pakistan münasibətlərinin pisləşməsi fonunda həyata keçirildiyini bəyan ediblər.