“Biz dünya siyasətinə yenilik gətirdik”

biz-dunya-siyasetine-yenilik-getirdik
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, konfransdakı giriş nitqində AXCP sədri Milli Dirçəliş Günü Azərbaycan tarixinə qızıl hərflərə düşən gün kimi qiymətləndirdi. O, bildirdi ki, Azərbaycanda təqvimdəki bayramların bir qismi xalqın əzmi, mübarizəsi ilə yaranlardı, bir qismi isə sülalə hakimiyyətinin süni formada yaratdıqlarır: “Bu gün biz Azərbaycan xalqının yüz minlərin, milyonların iştirakı ilı yaratdığı bir bayramın il dönümünü qeyd edirik”.

17 noyabr gətirən yol barədə tarixə qısa ekskurs edən Əli Kərimli dedi ki, o zaman Azərbaycan xalqı çox ciddi problemlərlə üz-üzə olub: “Bir tərəfdən 70 il davam etmiş Kommunist Partiyasının bir partiyalı idarəetməsinə yığılıb qalan ümumxalq nifrəti, digər tərəfdən 70 il boyunca baş verən minlərlə ədalətsizlik faktları, üstəgəl həmin zaman torpaqlarımıza düşmən əlinin uzanması. 88-ci fevralından ermənilərin Qarabağa qarşı iddiaları sistematik xarakter aldı. Bu iddialara Moskvanın münasibətin görəndən sonra xalqımıza anladı ki, Qarabağ üçün ciddi təhlükə var, torpaqlar əldən gedə bilər. Bütün bu sadalananlar bir arada toplanıb böyük xalq hərəkatına səbəb oldu. 17 gün meydanda qalmaqla gecə-gündüz aksiya keçirməklə biz dünya siyasətinə yenilik gətirdik”.

Əli Kərimli bildirdi ki, 17 noyabrı qeyd etməkdə məqsədləri həm bu günün qürurunu yenidən yaşamaq, həm də Azərbaycan tarixi saxtalaşdırılanlara cavabdır.