“Biz indi daha yaxınıq, nəinki 20 il əvvəl” – Müsahibə

biz-indi-daha-yaxiniq-neinki-20-il-evvel-musahibe
Oxunma sayı: 670

Azadlıq Radiosu ATƏT-in Minsk Qrupunun həmsədri Robert Bradtkedən eksklüziv müsahibə alıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:



AzadlıqRadiosu: Geri, Minsk qrupunun (ATƏTin) 20 illik fəaliyyətinə nəzər salsaq, onun əldə etdiyi hansı əsas nəticəni qeyd edərdiz?
Robert Bradtke: Sizinlə söhbətimizin əsas səbəblərindən biri də bu idi ki, mən Minsk Qrupunun yaradılmasının 20 illiyi ərəfəsində bu qurumun ötən dövrdə hansı işlər gördüyü haqda öz baxışlarımı açıqlayım.

Məncə, Minsk qrupu aşağıdakı 3 vacib işi həyata keçirib.

İlk növbədə, sabitlik faktorunun təmin olunmasına kömək edib. Tərəflər arasında nöbvəti müharibənin qızışmasıının qarşısını alıb. 1994-cü ildən başlayaraq atəşkəs rejimi pozulanda Minsk qrupu belə halların daha ciddi münaqişəyə çevrilməməsini təmin edə bilib.

Minsk qrupunun gördüyü ikinci iş, tərəflər arasında kommunikasiya vasitəsi roludur. Belə ki, ehtiyac yarandıqda tərəflərin danışıqları birbaşa öz aralarında aparmaq imkanları yox idi. Regiona səfərlər və ya liderlərlə görüşlərdə biz onların fikirlərini dinləyib qarşı tərəfə çatdıranda, ola bilər ki, bir-birini daha yaxşı başa düşürdülər (nəinki birbaşa).

Və nəhayət bizim mandatda nəzərdə tutulan 3-cü aspekt, danışıqların aparılması üçün biz ümumi bazanın yaradılıb inkişaf etdirilməsinə nail olduq. Xüsusilə son 5 ildə həmsədrlər diqqəti daha çox Baza prinsipləri adlanan sənədin işlənib hazırlanmasına yönəltmişdilər. Biz bu prinsiplərin inkişaf etdirilməsi üçün tərəflər arasında olduqca gərgin iş apardıq. Biz hələ buna nail olmasaq da, istərdim Ermənistan və Azərbaycan prezidentlərinin bu ilin yanvarında, Soçidə Medveyevlə görüş zamanı verdikləri bəyanata diqqət çəkim. Onlar belə bir sənəd üzərində işləmək istiqamətindəki səylərini gücləndirməyə hazır olduqlarını dedilər.

AzadlıqRadiosu: Sadaladığınız işlər onu deməyə əsas verirmi ki, Dağlıq Qarabağ danışıqları öz həllinə bu gün, 1992-ci il martın 24-də olan durumundan daha yaxındır?
Robert Bradtke: Şübhəsiz, biz indi daha yaxınıq, nəinki 20 il əvvəl. Məncə, tərəflər təsəvvür edirlər ki, bu məsələ öz həllini hansı bazis elementi əsasında tapa bilər. Onlar, həm özləri, həm də bizimlə müzakirələrdə ötən il bizim ölkələrin prezidentlərinin birgə bəyanatlarındakı ifadələrdə öz əksini tapmış elementlər haqda danışırlar. Bu elementlər isə bu gün daha aydındır, nəinki 1992-də və ya atəşkəs əldə olunan 1994-də.

AzadlıqRadiosu: Minsk Qrupunun fəaliyyəti bu 20 ildə hansı dəyişiklərə uğrayıb, prosesdən hansı dərslər alıb?

Robert Bradtke: Minsk Qrupunun quruluşu dəyişib. İlk dəfə yarananda bugünkü kimi həmsədrlər sistemi yox idi. ABŞ-dan olan həmsədr ilk dəfə 1997-də qrupa daxil edildi, aydındır ki, ötən dövrdə bu qrup dəyişikliklərə məruz qalıb. Məncə Minsk qrupunun aldığı əsas və vacib dərs, Beynəlxalq ictimaiyyətin tərəflərə köməyinin necə böyük əhəmiyyət kəsb etməsini anlamaq oldu.

Qrupun işində, xüsusilə də son illərdə həmsədrlərin bir-birilə daha sıx əməkdaşlığını qeyd etmək olar ki, indi bizdən birimiz tərəflərlə hamımızın adından danışa bilir. Bu, aldığımız çox vacib dərslərdən biridir. İndi bizim daha sıx əməkdaşlığımız var, Birləşmiş Ştatlar, Fransa və Rusiya daha sıx əməkdaşlıq yaradıb tərəflərlə iş aparırlar.

İkinci dərs: ötən illər həm olduqca böyük ümidlər, həm də məyusluq dövləri ilə müşahidə olunub. 2001-də Key Vestdə - Amerika, 2006-da Ramboulidə - Fransa, 2011-də Kazanda Rusiya təşəbbüsü ələ aldılar. Müxtəlif mərhələlərdə, müxtəlif tərkiblərdə həmsədrlər qrupu fəaliyyət göstərib, amma birmənalı olaraq onu demək mümkündür ki, həlledici məqam son nəticədə tərəflərin özündən asılıdır. Tərəflər Minsk qrupu həmsədrləri ilə sülh bağlamırlar. Həmsədrlər ideyalar mübadilərsi apara bilər, biz ancaq təkliflər irəli sürə bilərik.