Bu da Elnarənin qorxulu klipi - Video

bu-da-elnarenin-qorxulu-klipi-video
Oxunma sayı: 639

Müğənni ANS PRESS-ə müsahibəsində "Təlqin" klipi efirlərə çıxdıqdan sonra mahnının sözləri ilə bağlı bir çox iradlarla rastlaşdığını deyir. Mahnının bəzi sözlərinin Qurani-Kərimdən götürüldüyünü deyən müğənni anlamayanlara "Yasin" surəsini oxumağı məsləhət görüb:

"Mahnıdakı "ölmüş qardaş cəsədini yeməkdən qorxuram" və bu kimi ifadələr çoxlarının xoşuna gəlmir, qorxurlar. Məncə, onlar bu sözlərin nəyə işarə olduğunu başa düşmürlər. Bu mahnı dünyaya nə üçün gəldiyini bilməyən insanlara ünvanlanıb. Biz bu mahnı ilə insanlara xəbərdarlıq edirik. Demək istəyirik ki, həyatımızı elə yaşayaq ki, o biri dünyada əziyyət çəkməyək. Nəsə günah bir iş gördükdə, bizi nəyin gözlədiyini də gözə alaq, ən azından yada salaq. Əslində bu xəbərdarlıq biz müsəlmanlara Allah tərəfindən "Yasin" surəsi ilə göndərilib. Sadəcə insanlar "Yasin" surəsinin tərcüməsini oxumurlar. Oxusalar, bizim nə demək istədiyimizi başa düşərlər".

Elnarə Xəlilova "Yasin" surəsinin dirilər üçün nazil olduğunu qeyd edir: "Adətən bu surəni ölülər üçün oxuyurlar. Əslində isə biz dirilər üçün nazil olunub. Yenə də təkrar edirəm, tərcüməsini oxusanız, mənimlə razılaşacaqsız".

Qanqelqi.flv