“Bu fikir tam olaraq yanlış və qərəzlidir”

bu-fikir-tam-olaraq-yanlis-ve-qerezlidir
Oxunma sayı: 730

Belə ki, zavodun sabiq işçilərindən biri Sement Zavodunun giriş qapısına gələrək, zavoda daxil olmaq istəyib, mühafizəçilər onu buraxmadıqda, o, zavodun giriş qapısının qarşısında dayanaraq nalayiq söyüşlər edib, mühafizə xidmətinin əməkdaşlarını münaqişəyə təhrik edib. Baş verə biləcək hər-hansı münaqişənin qarşısını almaq üçün əraziyə nəzarət edən mühafizə xidmətinin əməkdaşları qanunun tələblərinə uyğun tədbir görülməsi üçün Qazax Rayon Polis Şöbəsinə məlumat verib. Nəticədə həmin şəxs saxlanılıb və barəsində müvafiq cəza tədbiri görülüb.

Məsələ ilə əlaqədar “Akkord”un İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyeva “Qafqazinfo”ya bildirib ki, həmin məlumatda Korporasiyanın fəaliyyətinə kölgə salan fikir formalaşdırılmağa cəhd edilib ki, guya işçilər kütləvi surətdə işdən azad edilirlər: “Bu fikir tam olaraq yanlış və qərəzlidir. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC korporativ idarəetmə standartlarının tətbiqini davam etdirməklə yeni təşkilati idarəetmə strukturunun formalaşdırılmasını başa çatdırıb. Yeni strukturda Səhmdarların Ümumi Yığıncağının, Direktorlar Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin, Risklərin İdarəedilməsi Komitəsinin və digər struktur vahidlərinin fəaliyyət qaydaları əsasnamələrə və qaydalara müvafiq həyata keçirilməklə korporativ idarəetmə standartlarına uyğunlaşdırılıb. Eyni zamanda, “Akkord” Korporasiyası dünyanın aparıcı reytinq agentlikləri ilə reytinqin alınması üçün danışıqlara başlayıb və 2011-ci ilin sonunadək reytinqin alınması planlaş¬dırıl¬ıb. Reytinqin alınması prosesində digər amillərlə yanaşı “Akkord” Korporasiyasında işəgötürənin siyasətləri qiymətləndiriləcək”.

A. Quliyevanın sözlərinə görə, bu gün “Akkord” Korporasiyasında yerli və beynəlxalq layihələr də daxil olmaqla 5000-ə yaxın işçi çalışır. Təkcə son 2 ayda 1000 nəfərdən yuxarı işçi işə qəbul edilib. Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ukraynada keçirilən dövlət tenderlərinin qalibi olan “Akkord” Korporasiyası hər bir sahədə münasibətlərini, o cümlədən işəgötürən-işçi münasibətlərini hüquq müstəvisində qurur.

Nigar Məmmədli