“Bu, hökumətin yanlış addımlarıdır” - Açıqlama

bu-hokumetin-yanlis-addimlaridir-aciqlama
Oxunma sayı: 644

“Hökumət öz vətəndaşını evlə təmin etmədən rahatlıqla evini söküb bayıra tökdüyü kimi, işlə təmin etmədən də insanları onsuz da çətin olan bir peşədə lisenziya məhdudiyyəti qoyaraq taleyin ümidinə buraxır”. Bunu “Qafqazinfo”ya verdiyi açıqlamada BQP başqanı, millət vəkili Fazil Mustafa taksi sürücülərinə qoyulan məhdudiyyətlərlə bağlı məsələyə münsibət bildirərkən deyib. Millət vəkili bildirib ki, bu gün çox sayda taksi sürücüsünün nəqliyyatda qayda yaratmaq adı ilə fəaliyyətlərinin qadağan olunması çox ciddi sosial problemlər yarada bilər: “Bu gün çox sayda taksi sürücüsünün nəqliyyatda qayda yaratmaq adı ilə fəaliyyətlərinin qadağan olunması çox ciddi sosial problemlər yarada bilər. Bu insanların böyük əksəriyyəti işsizlik və yoxsulluqdan məcburi şəkildə ailəsini dolandırmaq üçün bu fəaliyyət növündə çalışırlar. Qəribədir ki, bizim kimi neft ölkəsi olan Qazaxıstanda sosial vəziyyətin ağırlığı nəzərə alınaraq təqaüdçülərin, əlillərin hətta “sovet maşınlarında” bu fəaliyyət növündə çalışmasına heç bir maneə yaradılmır. Bizdə isə hökumətin yanlış addımları işsizlərin və yoxsulların sayının daha da artmasına rəvac verəcək”.