Coca-Colanın tərkibi ilə bağlı rəsmi açıqlama

coca-colanin-terkibi-ile-bagli-resmi-aciqlama-
Oxunma sayı: 813

Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, yayılan xəbərlər yalnışdır: “Şəkər çaları, digər sözlə karamel - bizim məhsullarımızda olub, var və daim təhlükəsiz tərkib hissə olaraq qalacaq. Coca-Cola şirkəti öz dünya şöhrətli formulunu dəyişmək niyyətundə deyil. Həyata keçirilən dəyişikliklər Coca-Cola içkisinin rəngi və dadına təsir göstərməyəcək. İstehsal prosesinə vaxtaşırı müdaxilə edilsədə, Məxfi Formul dəyişməz olaraq qalır.

Bu dəfə biz, “Karamel” məhsulunda 4-MEI miqdarının azaldılması məqsədilə, karamel istehsalçılarına müraciət etmişik. Lakin bu qətiyyən istehlakçılarımızın tanıdığı yüksək keyfiyyətli məhsulun Formuluna, rənginə və təravətli dadına təsir göstərməyəcək”.
Şirkətdən onu da deyiblər ki, məhsulun təhlükəsizliyini qorumaq üçün, elmi dəlillərə əsaslanmağa davam edəcəklər.

Qeyd edək ki, ötən həftə Türkiyə mətbuatında illərdir sirr olaraq saxlanılan Coca-Cola tərkibində dəyişiklik ediləcəyi, içkiyə rəng verən metilmidazol maddəsinin 4 dəfə azaldılacağı ilə bağlı məlumatlar yer alıb.


Nigar Məmmədli