DAK davası davam edir - Məqalə

dak-davasi-davam-edir-meqale-
Oxunma sayı: 694

Amma nədənsə İH-nin bu 11 nəfər üzvündən 8-nin adını açıqlamırdılar. DAK Rəhbərliyi 3 Avqust 2011 il tarixdə Mətbtuat Konfransı keçirərək Azərbaycan İctimaiyyətinə məlumat verdi. Sakitləşmək istəməyən ’’birləşdirici qurultay “ həvəskarları bu dəfə Mətbuat konfransında, DAK Daimi Şurasının sədri Əjdər Tağıyevi Mirəşrəf Fətiyevlə bağlı söylədiyi fikirlərə görə məhkəməyə müraciət edəcəklərini söylədilər. DAK –ın yeni yaradılmış İcra Aparatı Rəhbərlıyı DAK-la bağlı ortaya atılmış bu məkrli məqsədlərə bir daha aydınlıq gətirməyi qərara aldı.

DAK-ın 3 Avqustda keçirdiyi Mətbuat Konfrasında qeyd olunduğu kimi S.Rəhimli və M.Fətiyev bu addımı öz başlarına atmamışlar. Dünyanın böyük dövlətlərinin , xüsusilə İİR və Rusiyanın Azərbaycanda özəl maraqları var. Sabir Rüstəmxanlı DAK-ın Azərbaycan üzrə həmsədri seçildikdən sonra əvvəlki Rəhbərliklərdən fərqli olaraq DAK olduqca aktivləşmişdir. DAK nizamnaməsinə uyğun olaraq Dünyada, eləcədə Azərbaycanda yaşayan siyasi və maliyyə baxımından imkanlı azərbaycanlıların Azərbaycan Dövlətinin Qarabğ probleminin həllinə dəstək verilməsinə, İİR-da yaşayn soydaşlarımızın hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərmələri üçün çox işlər görülmüşdür. Bu isə həmin Dövlətlərin xüsusi xidmət orqanlarını qıcıqlandırmaya bilməzdi. Məhz bu səbəbdən DAK-ın fəaliyyətinə əngəllər yaradılmalı və ən kiçik imkanlardan belə istifadə olunmalı idi...

S.Rəhimli və M.Fətiyevin nəzərlərinə çatdırmaq istərdik ki, DAK siyasi partiya deyil, İsveç Ədliyyə Orqanlarında qeydiyyata alınmaqla təsdiqlənmış nizamnaməsinə uyğun fəaliyyət göstərən QHT-dir. Hər bir azərbaycanlı yalnız bir partiyanın üzvü ola biləcəkləri halda, istənilən sayda QHT ilə əməkdaşlıq edə bilərlər. Əyər onlar psevdo vətənpərvərlər deyildirlərsə, həqiqətən də Azərbaycan üçün çalışmaq istəyirlərsə birləşdirici qurultay adı altında DAK-ın başını qatmaqla deyil, reallıqla hesablaşaraq DAK tipli yeni bir təşkilat yaratsınlar. Ermənistanda Qarabağ problemi ilə məşğul olan QHT-lərin sayı 100-dən çoxdur. Nə vaxtacan Bizlər belə olacağıq. Öz özümüzlə savaşmaqdansa, məkirli, hiyləgər düşmənlərlə mübarizə aparmaq lazımdır.

Xüsusilə M.Fətiyevin nəzərinə çatdırmaq istərdik: İİR-sı Dünyada oxşarı olmayan bir dövlətdir. Ölkədə etnik çoxluğu təşkil edən soydaşlarımız ( 35 milyondan çox) etnik azlıq olan (18-20 milyon civarında ) fars dövləti tərəfındən mənəvi soyqrıma məruz qalmışlar. Beləki, soydaşlarımız doğma dilində-azərbaycan dilində təhsil almaq imkanından məhrum edilmışlər. İnsan hansı dildə təhsil alırsa o dildə də düşünür. Sizin kimilər deyəcəklər, İİR-ı Konstitusiyasının 15-ci maddəsinə əsasən İİR-də yaşayan hər bir xalq öz dilində yaza, oxuya, kitab, qəzet-jurnal çap edə bilər. İlk baxışda İİR-də milli məsələ yüksək səviyyədə öz həllini tapmışdır. Əslində isə heç də belə deyil. Həmin Konstitusiyanın 9-cu maddəsində yazılmışdır: İİR-də Dövlət qurumlarındakı yazışmalar(kargüzarlıq məsələləri) və dərsliklər fars dilində olmalıdır. Bu o deməkdir ki, İİR-də Azərbaycan məktəbləri açıla bilməz.

DAK-ın qarşısında duran 2-ci ən böyük problem İİR-yaşayan soydaşlarımızda özünə qayıdış, özünü dərk hisslərini mükəmməlləşdirməkdir. İİR-də çoxlu sayda soydaşlarımız bilərəkdən ən yüksək dövləti vəzifələrdə yerləşdirımışlər. Bu isə onları öz dilləri, mədəniyyətləri, mənəviyyatları uğrunda mübarizədən çəkindirir. İİR-dəki soydaşlarımız söz sahibləri olsa idilər, Qarabağ problemi başlananda İİR-də qardaş Türkiyə kimi Ermənistanla sərhədləri bağlayardı. Fars hökuməti isə ermənilərə qucaq açaraq onları neftlə, elektriklə, ərzaqla tam təmin etdi. IIR-sı Ərəb torpaqlarını işğ al etməsi səbəbilə İsrail dövlətini Yer üzündən siləcəyilə hədələdiyi halda, Müsəlman Dövləti olan Azərbaycan Respublıkasının torpaqlarını işğal etmiş Ermənistana hər cür yardım edir. Təbii ki, İranda yaşayan soydaşlarımız Azərbaycan torpaqlarını öz lərininki hesab edərək Bizlərin müdafiəsinə qalxmış olsa idilər Fars Dövləti ermənilərə bu günki kimi kömək etməzdilər. İş o yerə çatıb ki, Fars ordusunun Baş Qərargah Rəisi general Seyid Həsən Firuzabadi Azərbaycan Respublikasısnı Aran adlandırır, qanımızın fars qanı ilə çirkləndiyini iddia edir, İranda yaşayan 35 milyonluq Azərbaycan Xalqının mövcudluğunu belə inkar edir. Cənab Fətiyev, bütün bunlar millətimizın faciəsi olmaqla, həm də düşmənlə deyil, öz özümüzlə mübarizə aparmağımızın nəticəsi idi. Necə düşünürsünüz? Siz İİR-dəki bu problemlərlə mübarizə aparan təşkilata- DAK –a rəhbərlik edə-edə Rusiyada böyük biznezlə məşğul olmağınıza o ölkənin məxfi xidmət orqanları seyrçi münasibət bəsləyəcəklər? Qarabağ məsələsində İranın və Rusiyanın maraqları üst-üstə düşür. Qrtada hər şeyin açarı olan məntiq var. Deməli Siz Rusiyadakı biznes maraqlarınıza Qarabağımızı qurban verəcək sapı özümüzdən olan baltalarımızdan birisiniz ! Yazıqlar olsun ! Səftər Rəhimliyə isə deyirik : Siz DAK-ın İH –i üzvlüyündən azad edilməmişsiniz, bu yetərincə böyük vəzifədir. Sadəcə olaraq işləmək lazımdır.
Dövlətimiz 20 illik müstəqilliyimizin ən çətin dövrünü yaşayır. Hər şey göz qabağındadır. Minsk qrupu həmsədr Dövlətləri Azərbaycanın İrəvan Xanlığında dövlətlərirni yaratmış ermənilər üçün Qarabağımızda 2-ci erməni dövlətinin yaradılmasında onlara gərək olan hər cür dəstək verirlər. Baxın,Amerika Senatı və Konqressi Gürcüstan və Moldovanın ərazi bütövlüyünü tanımaqla, Abxazların, Osetinlərin, eləcə də Dnestryanılılarının millətlərin öz müqəddəratını təyin etmə hüquqlarını bircə dəfə də olsa deməmiş, Dağlıq Qarabağda isə bu hüquqdan istifadə etməklə 2-ci erməni dövlətinin yaradılmasına hər cür yardım göstərirlər. Ən acınacaqlısı isə odur ki, bu prosesdə ölkə ictimaiyyətinin səsi eşidilmir. Prezidentlərin Kazan görüşü ərəfəsində Ermənistandakı yaradılmış ictimai rəyi xatırlayın. Ermənistanın cırtdan partiyaları belə S.Sərkisyana gözlənılən sənədi ımzalamamaq üçün ultimatum verərək təzyiq qöstərirdilər. Əslində isə bütün bunlar Sərkisyana dəstək idi. Azərbaycan İctimai Rəyində isə tam durğunluq idi. Məhz bu səbəbdən idi ki, Obama telefon danışığında, Sərkozi məktubunda, erməni mənşəəli Lavrov isə tərtib etdiyi müqavilə layihəsində yalnız Azərbaycandan güzəşt istəyirdılər. Çünki Azərbayanda ictimai rəy həmişə olduğu kimi ölü nöqtəsində idi.

Ölkədə İctimai Rəyi yaradacaq dürlü-dürlü akademiklərimiz, müxbir üzvlərimiz, 2000-dən çox olan elmlər doktorumız, 10000-nə yaxın fəlsəfə doktorumız ısə susurdular. Sanki bu Ölkə, bu Qarabağ bunların deyildi. İR-yi yaradacaq akademiklərımız İnstitut direktoru olmaq, ( Yaqub Mahmudov istisnadır), müxbir üzvlər akademık olmaq, o birilərdə ki, nə biləsən nələrin hayında. Sanki Azərbaycanda İctimai Rəyı Amerikanlar, İngilislər, Fransızlar və s. yaradacaqlar. Yazıqlar olsun, deyilmi? Azərbaycanda normal İctimai rəyi formalaşdıracaq önəmli qurumlardan biri olan DAK-a edilən bu basqılar şəksiz ki, məlum məbəələrdən qaynaqlanır. Bir daha S. Rəhimli və M. Fətiyevin nəzərlərinə çatdırmaq istəyirəm ki, Azərbaycanda normal ictimai rəy olsa idi, Lavrov Azərbaycan üçün olduqca aşağılayıcı olan layihə hazırlamağa cəsarət etməzdi...

Oqtay HÜMBƏTLİ
DAK Icra Aparatının rəhbəri
dak.org.az