Dəniz Baykal CHP-yə qayıdırmı?

deniz-baykal-chp-ye-qayidirmi
Oxunma sayı: 638

Bu problemlərin fonunda keçmiş CHP başqanı Dəniz Baykalın gənəl başqanlığa geri dönməsi xəbərləri də yayılmağa başladı. Bu gün özünün Facebook səhifəsində Dəniz Baykal bu məsələyə açıqlıq gətirib. Açıqlamanı olduğu kimi sizə çatdırırıq:

“CHP Genel Başqanlığına dönməm ilə əlaqəli xəbərlər boş spekulyasiyalardır. Mən belə ikili hərəkət fərqliliyi olan bir siyasətçi deyiləm. Partiyamızın normal zaman kəsiyində idarə olunaraq bir çıxış yolu tapacağına ümid edirəm. Mən Partiyanın yüksək mükafatlara layiq gördüyü bir insanam. Sadəcə bir arzum var "CHP güclü olsun". Dəyərlərinə sahib çıxsın. Hamımız bunun üçün çalışdıq. Dərdimiz budur. Bu olduğu zaman məmnun oluruq. Partiyanın adi üzvüsən yoxsa rəhbərisən heç bir fərqi yoxdur. Problem olduğu zaman hiss etdirərik, ifadə edərik, yol göstərərik. Bunu da heç bir hesab güdmədən edərik, doğrusu nədirsə onu deyərik. İndi də belə bir problem dönəmindəyik. Bunun partiyada gərginlik, sıxıntı, başqa addımlar atılmasına ehtiyac olmadan həll olmasından məmnun olaram. Buna yardım etmək mənim təməl vəzifəmdir. Başqa gözləntim və məqsədim yoxdur”.