BDU-da Respublika Günü keçirilib

bdu-da-respublika-gunu-kecirilib
Oxunma sayı: 790

Bakı Dövlət Universitetində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, çıxış edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 23 ay ərzində maarifçilik, səhiyyə, mədəniyyət, incəsənət, kənd təsərrüfatının inkişafı kimi strateji sahələrdə qəbul edilmiş qərarlardan danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolu və əhəmiyyətinə diqqət çəkən rektor, eyni zamanda, cümhuriyyətin ən böyük uğurlarından biri kimi Bakı Dövlət Universitetinin yaradılmasını diqqətə çatdırıb.

Azərbaycan  Milli Məclisi sədrinin birinci müavini, BDU-nun kafedra müdiri, professor Ziyafət Əsgərov məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan, ölkəmizin son illər artan beynəlxalq nüfuzundan danışıb. 

Çıxış edən Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tələbələr tərəfindən səhnələşdirilmiş “Vaqif” pyesi haqqında məlumat verib, Azərbaycan xalqının milli-azadlıq mübarizəsini əks etdirən bu pyesi təqdim etmək üçün tələbələrin uzun müddətdir ki, xalq artisti, professor Ağakişi Kazımovun rəhbərliyi altında böyük ruh yüksəkliyi ilə məşq etdiklərini söyləyib. 

“Vaqif” pyesinin təqdimatı böyük coşqu ilə qarşılanıb.