BDU-nun yeni rektoru kimdir?

bdu-nun-yeni-rektoru-kimdir
Oxunma sayı: 16099

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Elçin Babayevi BDU-ya yeni rektor təyin edib.

"Qafqazinfo"nun məlumatına görə, E. Babayev 1965-ci ildə Naxçıvanda doğulub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

O, bu təyinata qədər Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib.

Elçin Babayev eyni zamanda, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, ŞAR “Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri və  AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın Baş redaktor müavinidir.