“Əl-Qaida” humanitar yardım edir

el-qaida-humanitar-yardim-edir
Oxunma sayı: 713

“Qafqazinfo”nun BBC News-ə istinadən xəbərinə görə, özünü Abu Abdullah Almuzacir kimi təqdim edən şəxs paytaxt Moqadişodan təxminən 50 km aralıda yerləşən qaçqın düşərgəsində məskunlaşan təxminən 4 min nəfər aclqdıan əziyyət çəkən sakinlərə un, düyü, günəbaxan yağı və süd kimi zəruri ərazqlar təqdim edib. Ərzaqdan başqa, somalili sakinlərinə Quran və hicab verilib, həmçinin təxminən 17 min dollar nağd pul yardım edilib.
Əvvəllər “əl-Qaida” Afrika dövlətinin ərazisində humanitar aksiyalar həyata keçirmirdi.
“Əl-Qaida” ilə sıx əlaqələrə malik olan “əl-Şabab” qruplaşması Somalinin əhəmiyyətli hissəsinə nəzarət edir. Bu rayonlarda ərzaq qıtlığı ilə bağlı çətin fövqəladə vəziyyət formalaşıb, çünki “əl-Şabab” humanitar yardımların siyasi məqsəd daşıdığını bəyan edərək, beynəlxalq təşkilaları əraziyə buraxmır.
BMT-ın məlumatına görə, Somalinin təxminən 750 min sakini doyunca yemədiyinə görə ölüm təhlükəsi qarşısındadır.