Eldar Əzizovdan müəllimlərə - “SSRİ-dərsi”

eldar-ezizovdan-muellimlere-ssri-dersi-
Oxunma sayı: 650

Son günlər Azərbaycanda davam edən qarlı hava şəraiti Bakı və ətraf rayonlarda bir çox çətinliklər yaradıb. “Qafqazinfo” xəbər verir ki, bu çətinliklər əsasən yolların buz bağlaması, hərəkətin mümkünsüzlüyü ilə bağlıdır. Əsas yolların buzdan və qardan təmizlənməsi üçün müəyyən işlər görülsə də, bu, yetərli hesab olunmur. Redaksiyamıza paytaxta qonşu şəhər, Sumqayıtdan daxil olan bir məlumat isə hazrkı məqamada maraqlı görünə bilər.

Sumqayıtdan “Qafqazinfo”ya müraciət göndərən sakin yazıb ki, şəhərdə yollar tamailə iflic vəziyyətindədir, gediş-gəliş mümkünsüz olub. Şhərin icra başçısı Eldar Əzizov isə vəziyyətdən çıxmaq üçün SSRİ dövründə dəbdə olan kollektiv zəhmət üsuluna əl etıb. Belə ki, icra başçısı Sumqayıtı qardan təmizləmək üçün bütün müəllimləri küçələrə töküb.