“Belələrinə qarşı ciddi danışmaq lazımdır” - Deputat

belelerine-qarsi-ciddi-danismaq-lazimdir
Oxunma sayı: 1595

“Bəzi insanlar, sahibkarlar, iş adamları hələ də icarəyə götürdüyü torpaqlardan təyinatı üzrə istifadə etmirlər. Hektarlarla torpaqları çəpərləyib başqa məqsədlər üçün istifadə etməyi nəzərdə tuturlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib. O bildirib ki, “Torpaq icarəsi haqqında”, o cümlədən  Torpaq Məcəlləsinə təklif olunan dəyişikliklər bu baxımdan çox önəmlidir: “Ümumiyyətlə, kənd təsərrüfatı deyəndə ilk növbədə, torpaqlar göz  önünə gəlir. Ancaq çox təəssüflər olsun ki, bir çoxları hələ də qanunlara əməl etmirlər. Hektarlarla torpaqları icarəyə götürüb, çəpərləyib təyinatı üzrə istifadə etmirlər. Sadəcə, ilin sonunda cüzi miqdarda ödəməylə  işlərini bitmiş sayırlar. Odur ki, belələrinə qarşı qanunun dili ilə ciddi danışmaq lazımdır. Onlardan icarə müqaviləsinə əsasən daha böyük məbləğdə ödəm tələb olunsun və rəsmiləşdirilsin”.

Günel Türksoy