Ələtdə 870 milyonluq liman

eletde-870-milyonluq-liman
Oxunma sayı: 696

İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov rəsmi mətbuatda dərc edilmiş məqalədə bildirib.

“Limanın tikintisində birinci mərhələ əsasdır ki, onun həyata keçirilməsinə 540 milyon manat tələb olunur. Layihənin ikinci mərhələsinin dəyəri 150 milyon manat, üçüncü mərhələsinin dəyəri 180 milyon manat məbləğində qiymətləndirilir. Öz tutumu üzrə yeni limanın dünyada analoqları olmayacaq”, - deyə nazir qeyd edir.

Yeni limanın tikinti layihəsi Azərbaycanı Xəzərdə beynəlxalq ticarət mərkəzinə çevirmək məqsədi ilə həyata keçirilir.

“Tikinti işlərinin birinci mərhələsi zamanı daimi iş yerlərinin ümumi sayı 1400 təşkil edəcək, tikintinin sonunda – 3 min nəfəri ötəcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi 2010-cu ilin noyabrında baş tutub. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. Ehtimal olunur ki, yeni liman 2014-cü ildə fəaliyyətə başlayacaq. Yeni limanın tikinti layihəsi 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 3 il və 6 ay vaxt aparacaq. Birinci mərhələdə 10 mln. tona qədər yük, 40 min konteyner, ikinci mərhələdə 17 mln. tona qədər yük və 150 min konteyner, üçüncü mərhələdə isə 25 mln. tona qədər yük və 1 milyon konteynerin daşınması üçün nəzərdə tutulmuş liman tikiləcək.

Layihə çərçivəsində limanın normal fəaliyyət göstərməsi üçün 400 hektar ərazidə bütün zəruri infrastrukturun tikintisi planlaşdırılıb.

Bakı limanının hazırkı yeri onun inkişafına maneçilik törədir. Xüsusən ağır aqrotexnikanın hərəkəti yalnız axşam saatlarında mümkün olduğu üçün limanın quru yük terminalı normal fəaliyyət göstərə bilmir. Bu səbəbdən də vaqonların yüklənib-boşaldılmasına tələb olunandan çox vaxt sərf olunur.