Bəlkə bir də görüşdülər...

belke-bir-de-gorusduler
Oxunma sayı: 1371

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald yenidən bir araya gələ bilər.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin həmkarını Moskvaya dəvət edib. O, ABŞ prezidentinin yenidən görüşmək arzusunda olduğunu əsas gətirib. Kreml rəhbəri: “Donald Tramp növbəti görüşlərin olmasını istəyir. Mən də buna hazıram”,-deyib. Putinin sözlərinə görə, ABŞ-la əlaqələr davam edir və tezliklə  beynəlxalq səviyyədə görüşün olacağı gözlənilir. 

Xatırladaq ki, iki lider iyulun 16-sında Helsinkidə bir araya gəlib. Bu görüşdən sonra ABŞ prezidenti Rusiya ilə əlaqələri möhkəmləndirmək istədəyini deyib.

Aysel Kərimova