Benzin alarkən diqqətli olun

benzin-alarken-diqqetli-olun
Oxunma sayı: 655

Avtomobil sahibləri A-92 markalı benzini A-95 markalı benzindən rənginə görə fərqləndirə biləcəklər. “Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, istehlakçıların aldadılmasının və onlara A-95 markalı benzin əvəzinə A-92 markalı benzinin satılmasının qarşısını almaq üçün ARDNŞ sonuncu markalı benzinin rəngini dəyişib. A-95 markalı benzin rəngsiz qaldığı halda, A-92 markalı benzin qırmızı rəngə boyanıb. Qırmızı rəngli A-92 markalı benzin ölkədə cari ilin başlanğıcından satılır.

Rövnəq Abdullayev qeyd edib ki, ARDNŞ A-92 markalı benzin istehsal edir. Ölkədə A-93 markalı benzin yoxdur. 93-ün mənası benzin markası anlamına gəlmir, istehsal edilən benzinin oktan sayının göstəricisidir.