Benzinin qiymətinə yenidən baxılacaq

benzinin-qiymetine-yeniden-baxilacaq-
Oxunma sayı: 9359


Tarif Şurasının dekabrın əvvəlində etdiyi dəyişiklik nəticəsində Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Buna baxmayaraq, qiymətlərdə yenidən tənzimlənmələrin olacağı deyilir. 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban ikinci dəfə qiymət bahalaşmasına inanmır. Ekspert hesab edir ki, heç bir hökumət belə bir riskə getməz. “Hansi hökumət bir ayda 2 dəfə qiymət bahalaşması edər? Bunu nə ilə izah etməlidir. Bu barədə hansısa məlumatlar yazılırsa, bu o demək deyil ki, hökumət başını itirib. Odur ki, yenidən qiymət bahalaşmasının olmağına inanmıram”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə yanacağın yenidən bahalaşmasının aktual olmadığını deyir. Onun sözlərinə görə, Tarif Şurası yanacağın qiymətinə yenicə baxdığından hələ ki bu məsələ gündəmdə deyil. “Yanacağın qiyməti yenicə qalxıb. Tarif Şurası qiymət siyasətinə bu yaxınlarda baxdı və qiymətlərdə dəyişiklik etdi. Ona görə də qiymətlərin yenidən qaldırılmasına inanmıram”.