Ərdoğan Bakinin məktubunu oxumaq istəmədi – Fotosessiya

erdogan-bakinin-mektubunu-oxumaq-istemedi-fotosessiya
Oxunma sayı: 713

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bayraktutan nazirə məktub vermək istəsə də bu niyyəti baş tutmayıb. Buna baxmayaraq o Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı seçim avtobusunda salamlayaraq bir müddət onları at üstündə müşayiət edib. Nazir maşınının dayanmadığını görən Baybaktutan atını birbaşa mitinq meydanına sürüb: “18 yaşından bəri çovqan oynuyuram. Yoldaşımı iki il əvvəl itirdim, qızımla birgə yaşayıram. Dörd nəvəmdən ancaq 22 yaşındakı Cihan Çakaröz işsizdir. Nazirimdən nəvəmə iş, Bulud adlı atıma isə axur istəyəcəyəm”.