Ərdoğan İlham Əliyevlə görüşdü

erdogan-ilham-eliyevle-gorusdu
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli uşaqlar Türkiyə Respublikasının Baş nazirinə gül dəstəsi təqdim ediblər. Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi foto çəkdiriblər.