Ərdoğanın Yaxın Şərqə səfəri başlayır

erdoganin-yaxin-serqe-seferi-baslayir-
Oxunma sayı: 691

“Qafqazinfo”nun Türkiyənin “Sabah” qəzetinə istinadən əldə etdiyi məlumata görə, səfər başlamazdan əvvəl mühafizəçilər, axtarış itləri, elektron nəzarət sistemlərindən ibarət olan qoruma ordusu üç ölkəyə göndərilib. MİT və Genel Kurmay Başkanlığı Ərdoğanı peykdən izləyəcək, ətrafındakı bütün hərəkətləri eyni vaxtda mühafizə rəhbərliyinə göndərəcək.
Gecə yarısı Qahirədəki aerodroma enməsi gözlənilən Ərdoğanın qorumaları, baş naziri qarşılamaq üçün hazır vəziyyətdə olacaq. Nazirlər, yüksək səviyyəli dövlət məmurları, iş adamları və jurnalistlərdən ibarət böyük bir heyətlə Ərdoğan səfərinin birinci günü Misirə gedəcək. Bu səfərin ardından baş nazir Tunis və Liviyada olacaq.
Türkiyənin Nazirlər Kabinetindəki mənbələr Misirə səfərinə xüsusi əhəmiyyət verildiyini deyib. Misir səfəri zamanı iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılmasına dair müqavilə imzalanacağı xəbər verilir.
Ərdoğan, sabah Qahirədə Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. 14 Sentyabrda Tunisə yola düşəcək baş nazir prezident vəkili Fuad əl-Məbazza, baş nazir əl-Baci Qaidə əl-Səbsi ilə görüşəcək. Ərdoğan, 15 Sentyabrda isə Liviyada Milli keçid Şurasının rəhbəri Mustafa Abdülcəlil ilə bir araya gələcək.