Ərəb kralının Viaqra sevgisi

ereb-kralinin-viaqra-sevgisi
Oxunma sayı: 650

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kralın bilinəndən 10 il daha yaşlı, həm də yaşına rəğmən Viaqra istifadə etdiyi ortaya çıxıb. İyulun 13-ü 2008-ci ildə Riyad şəhərindəki Amerika səfirliyindən göndərilən bir mesaja görə, kral ailəsinin üzvlərini tez-tez müayinə edən qərbli həkim kralın sağlamlıqla bağlı qeydlərinin yer aldığı sənədləri ələ keçirib. Sənəddə doğum tarixi 1916-cı il olaraq göstərilən kralın həqiqi yaşı məlum olub. Abdullanın daimi olaraq hormon iynəsi vurdurduğu və Viaqradan həddən çox istifadə etməsi də sənəd nəticəsində ortaya çıxan maraqlı faktlardan idi.

Səidə