Ermənistan Türkiyəyə qarşı

ermenistan-turkiyeye-qarsi
Oxunma sayı: 669

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbər görə, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda argentinalı həmkarı ilə keçirdiyi birgə konfrans zamanı deyib.

Nalbandyan son vaxtlar rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılacaq danışıqlar prosesinə vasitəçilik edə biləcəyi ilə bağlı səsləndirdiyi bəyanatlara da cavab verib: “Nə əldə ediləcək? Dağlıq Qarabağ münaqişəsinin nizama salınması çərçivəsində müxtəlif ölkələrdə təşkil edilən bütün bu çoxsaylı görüşlər, son dövrdə bir sıra Rusiya şəhərlərində keçirilən görüşlər ona görə gözlənilən nəticə vermədi ki, İstanbulda təşkil olunmamışdı?... Dağlıq Qarabağ probleminin nizama salınmasına gəlincə, təkcə Ermənistan tərəfindən deyil, dəfələrlə Türkiyənin hər hansı vasitəçilik funksiyası oynaya bilməyəcəyi deyilirdi”.