“Beşiktaş” Kariusla yolları ayırır

besiktas-kariusla-yollari-ayirir
Oxunma sayı: 1101

“Beşiktaş” yayda “Liverpul”dan 2 illik icarəyə götürdüyü Loris Kariusun çıxışından razı deyil.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi alman qolkiperi vaxtından öncə “qırmızılar”a qaytaracaq. Mövsümün sonunda Karius yenidən "Liverpul"a dönəcək.
 
Qeyd edək ki, 25 yaşlı qapıçı 2016-cı ildə “Maynts”dan “Liverpul”a 7,5 milyon avro qarşılığında keçib.