Eynulla Fətullayevin təşkilatı qeydə alındı

eynulla-fetullayevin-teskilati-qeyde-alindi-
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, bu barədə açıqlama verən birliyin sədri Eynulla Fətullayev bildirib ki, qurumun qeydə alınması üçün Ədliyyə Nazirliyinə sənədlər iyunun sonunda təqdim olunub. Bir neçə aylıq araşdırmadan sonra bu gün nazirlikdən “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəsmən qeydə alınması barədə məlumat verilib.
“İnsan Haqları Uğrunda” İctimai Birliyi Ədliyyə Nazirliyinin bu xoş niyyətini yüksək qiymətləndirərək, insan haqlarının müdafiəsində müvafiq dövlət qurumları ilə konstruktiv əməkdaşlığa ümid etdiyini bildirib. Eyni zamanda, təşkilat alternativ preventiv mexanizminin formalaşmasında iştirak edən ictimai qüvvə olaraq həbsxanalarda ciddi monitorinqin həyata keçirilməsi işində Avropa Pentinsiar qaydalarının tətbiqinə cidd-cəhdlə çalışacaq.
Artıq bu aydan “İnsan Haqları Uğrunda” İctimai Birlik alternativ preventiv mexanizmin çərçivəsində həbsxanalarda, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində monitorinqlərə başlamaq niyyətindədir.
Səidə