“Bəzilərinin beynini isti əridir və...” – - Faiq Ağayev + Video

bezilerinin-beynini-isti-eridir-ve-
Oxunma sayı: 2040


“Qafqazinfo”nun Axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni “Plyus-minus” verilişinə açıqlamasında küsülü olduğu həmkarları ilə üz-üzə gəlməkdən çəkinmədiyini deyib. 

O bildirib ki, istənilən söz-söhbətdən qalib çıxacağına əmindir: “Yayda kim dənizə sərinləməyə, kim də dağətəyi rayonlara gedir ki, beyni açılsın. Bəzilərinin də beynini isti əridir və artıq-əskik hərəkətlər etməyə sövq edir. Məhkəməyə verilməkdən qorxmuram. Bilirəm ki, qalib gələcəm. Çünki heç bir artıq-əskik hərəkət etməmişəm. Sadəcə deyilənlərə cavab vermək məcburiyyətində qalmışam. Heç kimin bostanına nəinki daş, bir tum da atmamışam. Kim gəlib dəmir divarımı döyürsə, onun taxta, beton qapısını darmadağın etmək məcburiyyətindəyəm”.

F.Ağayevin sözlərinə görə, küsülü olduğu müğənnilərlə eyni verilişdə görünməkdən çəkinmir: “Elə çəkişmə müttəfiqləri var ki, onların yabalaşması illərə dayanır. Bunu 45 dəqiqəlik verilişə sığışdırmaq olmaz. Amma söz-söhbəti sivil formada həll etmək mümkündür. Mən belə bir təklifdən qaçmaram. Əgər dəvət etsələr, mən hazır”.