“Facebook”a ağır itki üz verdi

facebooka-agir-itki-uz-verdi
Oxunma sayı: 649

ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, ötən il sosial şəbəkədə qeydiyyatdan keçən Lillian Love 104 yaşında dünyasını dəyişib.

Təqaüddə olan iş qadını ailə üzvləri ilə "Facebook" la əlaqə yaratmaq üçün hətda özünə planşetdə almışdı.
1907-ci ildə doğulan yaşlı qadının dost siyahısı 42 nəfərdən ibarət olub. Onun böyük əksəriyyətinidə məhz qohumlar təşkil edib.

Lillian Love ən yaşlı "Facebook" istifadəçisi kimi ötən il mətbuatın diqqətini cəlb edib. Həftədə iki dəfə sosial şəbəkədən istifadə edən Love bunun onun beyninin daha yaxşı işləməsinə kömək etdiyini deyirdi.
Bir əsrdən artıq yaşı olan qadın sosial şəbəkə və komputeri çox sevdiyini etiraf edirdi. "Bu yeni şeylər öyrənmək üçün əla vasitədir. Amma bu eyni zamanda böyük zaman israfıdır. Kompüterlə oynamaq yerinə daha vacib işlərlə məşğul ola biləcəyimi bilirəm".

Xatırladaq ki, Lillian Lovedən öncə ən yaşlı "Facebook" istifadəçisi İvi Bean idi. O ötən ilin yayında 104 yaşında ölmüşdü.