Fəzail Ağamalı Ayaz Mütəllibova qarşı

fezail-agamali-ayaz-mutellibova-qarsi
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, eks-prezidentlər haqqında qanunun müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı qanuna irad və təkliflərini səsləndirib. Millət vəkili qanunun Ayaz Mütəllibova şamil olunmasının əleyhinə olduğunu bildirib: “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, Azərbaycan SSRİ-nin varisi deyil. Ayaz Mütəllibov isə sovet dövründə Azərbaycan SSR-nin prezidenti “seçilmiş” şəxsdir və bu vəzifə də digər vəzifələr kimi Kreml tərəfindən müəyyənləşirdi. Söhbət müstəqil Azərbaycandan gedirsə sovet dövrünün nomenklaturasına müstəqil Azərbaycanın eks-prezidenti statusu verilə bilməz. Ona eks-prezident statusu səlahiyyətinin verilməsi müstəqillik uğrunda minlərlə şəhid verən Azərbaycan xalqına həqarətdir”.