Fransada unlu etiraz aksiyası

fransada-unlu-etiraz-aksiyasi-
Oxunma sayı: 685

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.

Çıxış edən zaman bir qadın Ollandaya yaxınlaşıb və onun üzərinə un səpməyə başlayıb. Namizədin mühafizəçiləri xuliqanlıq edən qadını salondan çıxarıblar.

Hadisəni törədən qadın 45 yaşlı Lilliya baş verənləri yeni mənzil qanunvericiliyi səbəbindən evsiz qalması ilə izah edib.

Fransua Olland isə öz növbəsində hadisə baş verdiyi anda demək olar ki, görə bilmədiyini bəyan edib. Prezidentliyə namizəd öz bloqunda yazdığı yazıda, “etirazın başqa formaları var” deyə qeyd edib və dialoqa hər zaman hazır olduğunu bildirib.