Füzulidə ürək əməliyyatı

fuzulide-urek-emeliyyati
Oxunma sayı: 1411

“Qafqazinfo”nun məlumatına görə, bu əməliyyatlar ölkə Prezidentinin birbaşa göstərişinə əsasən ARDNŞ-in maliyyə vəsaiti hesabına Füzuli rayonunun Böyük Bəhmənli kəndində inşa olunan və ən müasir tibbi avadanlıq və cihazlarla təmin edilən Füzuli Tibb Mərkəzində həyata keçirilir.
Mərkəzi Neftçilər Xəstəxanası Ürək və Damar Xəstəlikləri Mərkəzinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun bildirdiyinə görə, 6 gün ərzində davam edəcək aksiya zamanı ümumilikdə 12 nəfərin əməliyyat olunması nəzərdə tutulub. Pasiyentlərin hamısı erməni işğalı nəticəsində doğma yurd-yuvasından didərgin düşən soydaşlarımızdır. Onların 5-ində aorta-koronar şuntlama, 6-sında anadangəlmə ürək qüsurunun aradan qaldırılması, 1-ində xəstədə mitral qapaq əməliyatının keçirilməsi planlaşdırılıb.

Humanitar aksiya çərçivəsində oktyabrın 14-də Füzuli Tibb Mərkəzində bu səhiyyə ocağında çalışan və eyni zamanda, ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə «Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi» adlı elmi-praktiki konfrans keçiriləcək. Konfransın gedişində əməliyyatxanadan konfrans iştirakçıları üçün aorta-koronar şuntlama əməliyyatının canlı tədrisi nümayiş etdiriləcək.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Aksiya çərçivəsində həmçinin, Füzuli Tibb Mərkəzinin poliklinika şöbəsində «Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası» İctimai Birliyinin «Azərbaycanda Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı» proqramı daxilində Füzuli rayonunda məskunlaşan məcburi köçkün və yerli rayon əhalisindən 250 nəfər müayinə olunacaq, onlarda gizli keçən ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq. Bununla yanaşı, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri təşkil olunacaq.