“Günah Nəqliyyat Nazirliyində deyil”

gunah-neqliyyat-nazirliyinde-deyil
Oxunma sayı: 652





Bakıda Nəqliyyat Nazirliyinin balansında olan yollarda ciddi nöqsanlar yoxdur. Bunu SalamNews-a Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.

O, dünən axşam respublikanın bir sıra yerlərində, o cümlədən Bakıda yağan yağış nəticəsində paytaxtın bəzi yollarının su basmasına münasibət bildirib: “Paytaxtın bütün yolları Nəqliyyat Nazirliyinin balansında deyil və bu işlə Bakı şəhər İcra Hakimiyyətinin müvaffiq sturkturları baxır. Müəyyən yollar var ki, Nəqliyyat Nazirliyinin balansında olsa da, hazırda həmin ərazilərin bəzi yerlərində təmir işləri aparılır. Təmir işlər gedən yollarda çuxurların olması və ya suların oraya yığılması təbii hadisədir. Hazırda Bakının bir sıra yollarında təmir –bərpa işləri görülür və kanalizasiya xətləri dəyişdirilir”.

N. Həsənov paytaxtın bəzi yollarında problemlərin mövcudluğunu istisna etməyib: "Təmir olunan yollarda problem yaranırsa, bu, Nəqliyyat Nazirliyi deyil, işi icra edən stukturların günahı ucbatından baş verir. Hazırda Nəqliyyat Nazirliyinin balansında olan yollarla bağlı, quruma ciddi nöqsanlarla bağlı müraciət yoxdur”.