Gürcüstanda azərbaycanlıların soyadları dəyişdirilir

gurcustanda-azerbaycanlilarin-soyadlari-deyisdirilir
Oxunma sayı: 655

Sakinlər elektrik enerjisindən istifadə üçün abunəçi kartlarının dəyişdirilməsi zamanı soyadlarının sonuna gürcülərə məxsus “i” sonluğu əlavə olunduğunu görüblər.

Gürcüstan prezidentinin məsləhətçisi Van Bayburd erməni əsilli sakinin narazılığına cavab olaraq qeyd edib ki, bu, qəsdən atılmış addım deyil: “Burada səfirlik, erməni təşkilatları var. Əgər hansısa qeyri-dəqiqlik varsa, onlar ilk olaraq bu məsələni qaldırırlar”.

Lakin Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları bunu düşünülmüş, xüsusi olaraq hazırlanmış siyasət kimi qiymətləndirirlər.